Tariximiz

Get-gedə inkişaf edən saç üçün keratin tərkibli kosmetika bazarını mükəmməl anlayan aparıcı şirkət, “Honma Cosmeticos” Ltda, şirkətin qurucusunun şərq əcdadlarının öz işinə ilham və fədakarlığı ilə ortaya çıxdı. Qədim zamanlardan Honma ailəsi Yaponiyada müalicəvi bitkiləri becərib, onları ilk öncə müalicə məqsədi ilə istifadə edirdilər. Daha sonra onlar dərk etməyə başladılar ki, bitkilərin qarışımını və ekstraktını qadın gözəlliyinin xeyrinə də istifadə etmək olar. Təbii komponentlərlə zəngin olan qarışıqlar, müstəsna xüsusiyyətlərinə görə bölgədə çox populyarlaşmağa başlayır. Öz işinə və təbiətə həddən artıq sevgisi sayəsində Honma ailəsi, rəngarəng florasının yaratdığı imkanlarından faydalanmaq üçün Braziliyaya köçür və 2008-ci ildə “Honma Cosmeticos” Ltda şirkətini yaradır. Bu gün HONMA Tokyo® Professional markası, peşəkar ustalara işlərini asanlıqla və məmnuniyyətlə yerinə yetirməyə kömək edən effektiv məhsulların istehsalı, müasir yeniliklər və qabaqcıl texnologiyalar deməkdir.

BİZ QADINLARIN TƏBİİ GÖZƏLLİYİNƏ DƏYƏR VERİRİK!.

BİZİM DƏYƏRLƏR.

Mükəmməlliyə can atan “HONMA Cosmeticos”, Ltda şirkətinin fikri məhsulların davamlı olaraq yaxşılaşdırılmasına, insanlara və ətraf mühitə hörmət, məsuliyyət, etibar, işçilərinin peşəkar inkişafı, gözəllik salonları və onların istehlakçılarına peşəkarcasına yanaşmağa yönəlmişdir.

HONMA TOKYO® PROFESSİONAL AZƏRBAYCANDA!

Hörmətli xanımlar və cənablar, HONMA TOKYO AZƏRBAYCAN şirkəti sayəsində bu gün Siz Azərbaycanda və onun rayon, həm də şəhərlərində HONMA Tokyo® Professional yenilikçi, peşəkar saç baxımı vasitələrindən istifadə edə bilərsiniz. HONMA Tokyo® Professional məhsulları keratin tərkibli düzləşdirmə, müalicə, bərpa, saç baxımı və s. üçün nəzərdə tutulmuş tamamilə yeni və inqilabi məhsullardır. O, ustalara və müştərilərinə sağlam və ətraf mühitə zərər vermədən gözəl və əsrarəngiz görünməyə kömək edəcəkdir. Yapon kosmetika texnologiyası və zəngin Braziliya təbiəti HONMA Tokyo® Professional saç kosmetikası ilə birləşdi. HONMA Cosmeticos, Ltda məhsulları Azərbaycanda rəsmi şəkildə sertifikatlaşdırılıb. Sizə telefonla məsləhət verməkdən, həmçinin seminarlarımızda, vebinarlarımızda, mühazirələrimizdə, gözəllik salonumuzda görməkdən məmnun qalacağıq.

Hörmətlə, Honma Tokyo Azərbaycan komandası.