KERATIN DÜZLƏŞDIRILMƏSI HAQQINDA 10 CƏFƏNGIYYAT

Keratin düzləşdirilməsi haqqında çox sayda cəfəngiyyat mövcuddur, hal-hazırda biz onları yox edəcəyik.
1. Keratin düzləşdirməsi ancaq buruq saçları olanlar üçündür
Düzləşdirməni istəyən hər kəs edə bilər! Buruq və ya dalğalı saçlılar, boyalı və ya təbii, sarışın və yatünd saçlı xanımlar, zədəli və ya canlı saçları olanlar, kimyəvi prosedur keçmiş saçlar. Bir sözlə,saçlarını düzləşdirmək, imidcini dəyişmək istəyən və ya saçlarını sadəcə bərpa etmək istəyən hamı edə bilər.
2. Keratin düzləşdirməsi – can sağlığı üçün ziyandır.
Sərbəst şəkildə düzləşdirmə saçınıza ziyan deyil – ziyan olan, bəzi keyfiyyətsiz keratinlərin tərkibində olan yüksək dozalı formaldehiddir. Düzləşdirmə zamanı formaldehidin buxarlanması boğazın, dərinin, gözlərin qıcıqlanmasına, hətta astmatik reaksiyalara səbəb ola bilər. Formaldehidsiz tərkibləri seçin və özünüzü qoruyun.
3. Keratin düzləşdirməsi hamilə və süd verən xanımlara olmaz.
Yuxarıdakı bəndə nəzər salın. Hamilə və süd verən xanımlara aşağı temperaturla formaldehidsiz tərkibləri istifadə etmək olar.
4. Keratin düzləşdirməni evdə sərbəst şəkildə etmək olar.
Mümkündür, lakin texnoloji prosesi ev şəraitində sərbəst şəkildə yerinə yetirmək real bir şey deyil. Bundan əlavə, düzləşdirmə üçün xüsusi professional ütü lazımdır, ancaq belə halda nəticə düzgün olacaq.
5. Seriyanın bütün məhsullarını istifadə etmək vacib deyil, yalnız keratin kifayət edər.
Seriyanın hər bir məhsulu (addımı), şampun, maska və ya əsas tərkibi ancaq kompleks şəklində lazımı nəticəni verəcək və hər məhsulun öz vəzifəsi var.
6. Keratinin təsiri bitməyənə kimi buruqlar etmək alınmayacaq.
Alınacaq! Keratin düzləşdirmədən sonra saçlar yumşalır və daha yaxşı sözə baxır. Saçları həm burmaq, həm də müxtəlif saç düzümləri etmək olar.
7. Saçlar keratinə öyrəşir və əgər proseduru dayandırsaq, saçlar sağlamlığını itirir
Əslində olan isə, saçlar prosedurdan sonra daha da canlanır, daha hamar və gözəl olur. Lakin keratin zamanla yuyulur və saçlar öz əvvəlki vəziyyətinə qayıdır, nə az nə çox.
8. Prosedurların çox sayda təkrarlanmasından sonra saçlar strukturunu dəyişir və düz uzanmağa başlayır.
Xoşbəxtlikdən və ya təəssüf olaraq, biz genlərimizi dəyişə bilmərik. Əgər saçlarınız buruqdursa, elə buruq olaraq uzanacaq. Lakin həqiqət burasındadır ki, hər təkrar prosedur sonrası effekt daha uzun sürür.
9. Bütün keratinlər eynidir.
Doğru deyil! Hər markanın özünəməxsus tərkibi olur, Honma Tokyo markasının fərqli xüsusiyyəti – tərkibində formaldehidin (formalin) olmamasıdır. Belə halda saçlar molekulyar səviyyədə bərpa olunur.
10. Tanışım keratin etdi və saçları tökülməyə başladı.
Prosedurun özündən düzgün istifadə edildikdə saçlar nə zədələnir, nə də tökülməyə başlayır, əksinə prosedurun məqsədi – saçların quruluşunu yaxşılaşdırmaqdır. Lakin təssüf ki, insan faktorunu istisna etmək mümkün deyil. Ustanızı seçərkən əmin olun ki, o, öz işinin peşakarıdır, təcrübəsi var, sertifikatı var və seçiminizi professional keratin mərkəzlərinin xeyrinə edin.