SAÇLARINIZ ÜÇÜN ŞAMPUNUN DÜZGÜN SEÇILMƏSI

Saçların bərpası üçün şampunu seçməzdən əvvəl, saçlarınızın və baş dərinizin tipini müəyyən edin.
Bərpaedici şampunu saç tipinə uyğun seçirik:
Ən az rast gəlinən, normal tipli saçlardır, belə ki, onun əsas xüsusiyyəti, sağlam və zədəsiz saçlardır. Bu tip saçların sağlamlığını qorumaq üçün normal tipli saçlar və baş dərisi üçün olan məhsullar məsləhətlidir.
Yağlı saçlar onların tez yağlanması ilə müəyyənləşir və belə saçların spesifik iyi olur. Bu tip saçlar həm də kəpəyə meyilli olur. Belə saçların qulluğu üçün dərindən təmizləyici şampun lazımdır.
Quru və zəif saçlar, çətin daranan və qırılan olur, onları yumaq üçün vitamin və faydalı maddələrlə zəngin yumşaq şampunlar istifadə edilməlidir.
Qarışıq tipli saçları, məsələn, ucları quru, dibi yağlı, təbii komponentli, məsələn, yumurta sarısı və ya gicitkan tərkibli şampunlarla yumaq məsləhətdir.