SAĞLAM VƏ GÖZƏL SAÇLARA SAHIB OLMAQ ÜÇÜN DÜZGÜN QIDALANMAQ LAZIMDIR!

Gündəlik saç baxımından əlavə - saçlarınızı ipək və parlaq edən məhsullarla yuyulması ilə yanaşı, dietin də əhəmiyyətli rol oynadığından xəbərdar olmaq lazımdır. Tellərinizin həqiqətən güclü və sağlam olmasını istəyirsinizsə, vitamin və minerallarla zəngin qidaları menyunuza daxil etməlisiniz.
Beləliklə, masaya tez-tez nə qoyulmalıdır:
Dəmirlə zəngin qidalar;
Bunlar mərcimək, qabığı ilə birgə bişmiş kartof, yerfıstığı, kətan toxumu, tofu, bəhməz, qoz-fındıq, dəniz məhsulları, mal əti, toyuq - güclü saçlar üçün zəruri məhsullardır.
Sinklə zəngin qidalar;
Bunlar qoz, somon balığı, pekan, keşyu, badam, - saç tökülməsinin qarşısını alır.
Biotin məhsulları;
Yumurta və paxlalılar - biotin tərkibli qidalar - saç qırılmasının qarşısını alır.
Seleniumla zəngin qidalar;
Selenyumla zəngin qidaları, qoz-fındıq və onlardan olan yağlar kimi qida menyunuza daxil etməlisiniz ki, baş dərisi sağlam olsun.
Vitamin B12 tərkibli məhsullar;
B12 vitamini ilə zəngin bir pəhriz saçlarınızın sağlam böyüməsini təmin edəcəkdir. B12 toyuq, mollüsk, qatıq, pendir, yumurtanın tərkibində var.
Gündə ən azı 2.4 mq vitamin əldə etməyə çalışın.
Karbohidratlar:
Bütöv taxıl (yəni emal edilməmiş) və meyvələr gündəlik yeyilməlidir. Aşağı karbohidratlı diyet saçların incəlməsinə səbəb olur.
Kalsium zəngin qidalar;
Kalsium - süd, yoğurt, pendir, brokoli, susam, ispanaq olan məhsullar saçın böyüməsi üçün vacibdir. Onlar həmçinin saçları zülalla təmin edir, bu da onların qırılmasına mane olur.