Coffee Premium Collagen dəsti

479 ₼ 399 ₼

Honma Tokyonun saçların bərpası üçün təkmilləşdirmiş olduqları – premium dəsti, COFFEE PREMIUM COLLAGEN, 3 addımın hər biri üçün qiymətli, əl ilə seçilmiş maddələrin birləşməsi ilə daha yüksək nəticələr verir. Kompleksdəki xüsusi şampun, bərpaedici gel və protein spreyi ideal düzləşdirmə prosesinə zəmanət verir. Parıltı və hamarlığa ehtiyac duyan quru, zəifləmiş və ciddi şəkildə zədələnmiş saçlar, həmçinin də normal saçlar üçün uyğundur.


1. Öncəyuma Şampunu. Şampun saç quruluşuna xələl gətirmədən çirkİ təmizləyir. İpək toxumalı köpük prosedur üçün saçları hazırlayır və həcmi artırır.

2. Kapilyar Bərpa Keratini (Gel). Gel şəkilli kapilyar bərpa keratininin yenilənmiş formulu saçları eyni zamanda bərpa edir və qidalandırır. Kollagen sayəsində gelə bənzər tərkibi saç quruluşuna yaxşı nüfuz edir. Mükəmməl bərpa prosesini təmin edir, saçlara sağlamlıq və güc verir. Təbii qəhvə ekstraktının tərkibi saçlara parlaqlıq və elastiklik təmin edir. Quru, zəifləmiş, zədələnmiş, normal saçların bərpası və düzləşdirilməsi üçün uyğundur.

3. Protein Tərkibli Sprey. Zülal spreyi saç quruluşunu bərpa etmək və dərindən nəmləndirmək üçün xüsusi olaraq hazırlanmışdır. Formulada hidrolipid balansını bərpa edən, yumşaqlıq və inanılmaz parıltı təmin edən kollagen, Babassu yağı və qəhvə ekstraktı var. Termal qoruyucu bir funksiyaya malikdir. Protein spreyi, 2-ci addımdan əvvəl (gelə bənzər məhsulu tətbiq etməzdən əvvəl) və prosedurun sonunda istifadə edilə bilər. Nəticəni bərkidir. Mükəmməl bir şəkildə qidalandırır və saç üçün termal qoruyucu rolunu oynayır.